Əlaqə Arxiv
news Image
2012.11.13
12:09
| A A A
iPad aldı ayna çıxdı

Movqe.az xəbər verir ki, ABŞ-da yaşayan Jalonta Freeman uzun müddətdir iPad almaq istəyirdi. Benzin stansiyasındakı satıcının uyğun qiymətə istədiyi markanı satdığını görüb heç düşünmədən alıb. Freeman evinə gedib paketi açdığıqda xoş olmayan sürprizlə qarşılaşıb.

Evə gedənə qədər 200 dollara aldığı iPad'in paketini açmayan Freeman bunun əslində güzgü olduğunu hiss etdikdə pulunu geri almaq üçün çox gec olub.

iPad saxtakarlığı Texasda çox görülən bir cinayət halını alıb.

Oktyabrda anasının texnologiya məhsulları satılan mağazadan aldığı iPad-i görüncə sevinən Courtney Akers da Freemanın yaşadığı hadisəyə bənzər bir vəziyyətə düşüb.

15 yaşlı Akers hədiyyəsini açdıqda iPad-in ağırlığı qədər kağızla doldurulmuş olduğunu görüb.

Sizin Reklam Yeriniz