Əlaqə Arxiv
news Image
2012.11.13
16:33
| A A A
Misir Mərdanov aydınlıq gətirdi

Azərbaycanda dövlət büdcəsindən ali məktəblərin dövlət sifarişli yerləri üçün ayrılan maliyyə vəsaitinin artırılması nəzərdə tutulur. Bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.

Onun sözlərinə görə, 2012-2013-cü tədris ili üzrə ali məktəblər üçün həmin vəsait ixtisaslardan asılı olaraq, bir qədər artırılıb.

"Amma bu vəsait bizi qane etmir. Biz istəyirik ki, dövlət sifarişli yerlər üzrə ayrılan maliyyə vəsaiti ödənişli əsaslarla olan ixtisaslar üzrə təhsil haqqının məbləğindən yüksək olsun. Bu iş elə təşkil edilməlidir ki, həm təhsil verən, həm də təhsil alan dövlət sifarişli yerlər üzrə təhsil almağa maraq göstərsin", - nazir deyib.

Nazir deyib ki, dövlət sifarişli yerlər üçün ayrılan maliyyə vəsaitin artımı ixtisaslardan asılı olaraq, fərqli ola bilər.

Qeyd edək ki, Azərbaycanda dövlət sifarişli ixtisaslara artıq dövlət ali məktəbləri ilə yanaşı, bütün özəl ali məktəblər də cəlb olunub.

Bundan əlavə, naziri bildirib ki Azərbaycanda ali məktəbi pedaqoji ixtisaslar üzrə bitirənlər üçün internatura sisteminin tətbiqi hələlik mümkün deyil. Onun sözlərinə görə, nazirlik internatura sisteminin tətbiqi ilə bağlı təkliflərini hökumətə təqdim edib.

Hazırda bu təkliflərin araşdırıldığını deyən Mərdanov bildirib ki, bu sistemin tətbiqi üçün qanunvericilikdə dəyişikliklər edilməli, hökumət tərəfindən qərar verilməlidir.

"Dünyanın bir çox ölkələrində də bu sistem tətbiq olunur. Biz də təkliflərimizi vermişik. Ancaq onun nə zamandan tətbiq ediləcəyini deyə bilmərəm", - nazir əlavə edib.

Qeyd edək ki, TN bakalavr səviyyəsi üzrə ali məktəblərin pedaqoji ixtisaslarını bitirən şəxslərin bir il təcrübə keçmələrini təklif edir.

 

Sizin Reklam Yeriniz