Əlaqə Arxiv
news Image
2012.11.14
13:00
| A A A
"Google"-ə dövlət təzyiqi artır

Movqe.az xəbər verir ki, Google-nin dərc etdiyi hesabat, istifadəçiləri haqqında məlumat almaq istəyən ölkələrin son altı ayda tsayını artırıb.

Şirkətin blog səhifəsində dərc etdiyi 2012-ci ilin ikinci yarısına aid hesabata görə, dövlətlər Google istifadəçiləri ilə bağlı məlumatlara çatmaq və istədikləri məlumatları əldə etmək üçün Google-ə sorğu göndərməyə davam edirlər.  

Hesabatda 6 ayda dövlətlərin 34 min 614 ədəd hesab haqqında məlumat tələb etdiyi və bu hesabların içində Gmail, YouTube və Blogger kimi Google-nin özünə aid xidmətlərinin də daxil olduğu göstərilir. 

2011-ci illə müqayisədə dövlətlərin internet nəhəngindən məlumat tələb etmə nisbəti yüzdə 15 artıb.

İstifadəçi məlumatı barədə Google-ə müraciət edən ölkələr arasında ABŞ, Polşa və Cənubi Koreyanın adı çəkilir. Türkiyə və digər Avropa ölkələrində də tələb nisbəti sürətlə artır. Dövlətlər bununla həm cinayət hadisələrini daha yaxından təqib etmə imkanı qazanır. 

Dövlətlərin Google istifadəçilərinə son aylarda maraq göstərməsinə səbəb internetə bağlanan istifadəçilərin sayındakı artımdır. İnsanlar on-line olduqda onlar haqqında məlumat almaq üçün internet əsas vasitəyə çevrilir.

Məhkəmə qərarlarını diqqətdə saxlayan Google isə hər tələbi yerinə yetirmir. Hesabatda bir YouTube istifadəçisinin şəxsiyyətini tələb edən Kanada hökumətinin tələbinin Google tərəfindən rədd edildiyinə diqqət çəkilir.

Sizin Reklam Yeriniz