Əlaqə Arxiv
news Image
2012.11.14
15:37
| A A A
Şizofreniya xəstələrini baxışından anlayan test

Movqe.az xəbər verir ki, alimlər şizofreniya xəstələrini göz hərəkətlərindən aydınlaşdıran test kəşf edib. Mütəxəssislər testin doğruluğunun yüzdə 100-ə yaxın olduğunu söyləyir.

Aberdeen Universitetindən elm adamlarının hazırladığı "baxış testi" ilə şizofreniya xəstəliyi olan insanları şizofreniya xəstəsi olmayanlardan ayırmaq olur.  

Testə görə şizofreniya xəstələri yavaş hərəkət edən obyektləri səhvsiz və kesintisiz təqib etməkdə çətinlik çəkdi. Xəstələrin göz hərəkətləri əvvəl obyektin arxasına düşür sonra obyektə yönəlir. Bununla yanaşı şizofreniyası olanlar hərəkəti izləməkdə çətinlik çəkirlər.

Dr. Philip Benson və Professor David Clair tərəfindən aparılan araşdırmada könüllülərə bir obyekti yalnız göz hərəkətləriylə təqib etmələri tapşırılıb. Dr. Benson araşdırmayla əlaqədar bunları söyləyib: "psixi narahatlıqları olan xəstələrin göz hərəkətlərində bəzi anormallıqlar olduğu keçmişdən bilinən məlumatdır. Ancaq bizim işimizə qədər kimsə bu göz hərəkətlərinin kliniki narahatlıqları təsbit edəcək qədər doğru nəticələr verə biləcəyini bilmirdi."


Sizin Reklam Yeriniz