Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Öləcəyini düşünüb, bütün pulunu xərclədi
 
 
news Image
2012.11.15
15:37
| A A A
Öləcəyini düşünüb, bütün pulunu xərclədi

Movqe.az xəbər verir ki, İngiltərədə yaşayan 37 yaşlı Lisa Russell ağciyər xərçəngi olduğunu öyrəndikdə yığdığı bütün pulu 'uşaqlarına gözəl xatirələr buraxmaq məqsədiylə' tətil üçün istifadə edib. Öz cənazəsini belə planlaşdıran və iki qızına ölümündən sonra oxumaları üçün məktublar hazırlayan Russell, təxminən 18 ayda üç ölkədə  pullarını xərcləyib.

Həkimlərin ölmünə 18 ay qaldığını deməsi qadının bütün həyatını dəyişdirib. Əvvəl uşaqlarının atası Anthony ilə evlənib.

Toy mərasimindən sonra İspaniya və Bolqarıstanda tətilə çıxan ailə sentyabr 2010-cu ildə Türkiyənin cənubundakı 5 ulduzlu oteldə tətil edib. 

Xəstəliyi ərzində xeyli pul xərcləyən ailəyə keçən aprel ayında xoş xəbəri gəldi. Russellə xərçəngdən xilas olundu. 

Öz anasını beş yaşında itirən Russell, "qızlarım anasız böyüyəcək fikri məni çox incidir" deyə danışıb.

Uşaqlarına "heç yerə getmirəm" dediyi günün həyatının ən gözəl günü olduğunu söyləyən Russell, "Çox şanslıyam. Amma xərclədiyim pul üçün peşman deyiləm"deyə bildirib. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs