Əlaqə Arxiv
news Image
2012.11.15
16:24
| A A A
Zəfəran Azərbaycan milyonlar qazandıra bilər
İslam İbrahimov: «Abşeronda zəfəran əkini var, amma onun satışını təmin etmək mümkün olmur»

Zəfəranın becərilmə tarixi çox qədimdir. Onun vətəni barədə müəyyən fikir ayrılığı olduğundan bu sırada Hindistan, Çin, Türkiyə, İran, Suriyanın adı çəkilir. Hazırda zəfəranın ən çox İspaniyada, Fransanın cənubunda, İtaliyada, İranda, Krımda əkilib-becərildiyi bildirilir. Ondan həm dərman hazırlanmasında, həm boyaqçılıqda, həm də ədviyyat kimi istifadə olunur.

Tibb elminin banisi, məşhur yunan həkimi Hippokrat isə bir sıra xəstəliklərin müalicəsində məhz zəfəran işlədib. Hal-hazırda zəfəran məişətdə ədviyyat və təbabətdə dərman kimi çox geniş istifadə olunur. Zəfəranın müalicəvi əhəmiyyəti barədə danışanda ilk növbədə onun sinir sisteminə müsbət təsiri önə çəkilir. Bundan başqa təbabət elmi onun ürək-damar sistemini möhkəmləndirdiyi, mədə-bağırsaq xəstəliklərinə, başağrısına, göy öskürəyə və vərəmə, qaraciyər və öd kisəsinin fəaliyyətinə çox müsbət təsir göstərdiyini bildirir.

Tanrının Azərbaycana bəxş etdiyi zəngin təbii sərvətlər arasında nadir bitki növlərinin özünəməxsus yeri var. Süfrələrimizin bəzəyi adlandırdığımız zəfəran da nadir bitki növlərinin sırasına daxildir. Ölkəmizin, xüsusilə də Abşeron yarımadasının iqlim şəraiti indi dünyada qızılla eyni qiymətə malik olan zəfəranın becərilməsi üçün olduqca əlverişlidir. Təəssüf ki, vaxtilə Abşeron yarımadasında inkişaf etdirilən zəfərənçılıq son illər unudulmaq üzrədir.

Dünya bazrlarında zəfəranın 1 tonunun qiyməti təxminən 3 milyon dollara satılır. Bu isə o demkdir ki, Azərbaycan zəfəran satışından miylonlar qazana bilər. Lakin təəssüf ki, zəfəranın əvvəlki kimi becərilməməsi bu məhsuldan milyonların itməsinə səbəb olur. Belə bir vaxtda Azərbaycanda zəfəran əvvəlki kimi istehsal olunmur. Buna səbəb nədir?


Kənd Təsərrüfatı Nazirliyinin Aqrar islahatlar, kənd ərazilərinin və sahibkarlığın inkişafı şöbəsinin müdiri İslam İbrahimov məsələ ilə bağlı Mövqe.Az-a bildirib: "Abşeronda bu gün də zəfəran əkini var, mövcuddur. Amma onun satışını təmin etmək mümkün olmur. Çünki bu gün zəfəran əkinini ayrı-ayrı sahibkarlar yerinə yetirirlər. Eləsi var 10 hektar, eləsi var 20 hektar torpaq icarəyə götürərək zəfəran əkininə başlayırlar. Onların da hər biri həmin xərclər ilə bağlı qiymətlər fərqli olduğundan alıcıları tapa bilmirlər. Digər tərəfdən də daxili istehsala olan tələbat ödənilməlidir ki, xaricə də məhsul çıxartmaq mümkün olsun. Xaricə məhsul çıxartmaq mümkün olsun ki, sahibkarlar da zəfəran əkininə maraq göstərsinlər. Buna görə də zəfəran əvvəlki kimi istehsal edilmir."

İqtisadçı alim bu sahənin inkişafı üçün dövlət proqramının hazırlandığını bildirdi: "Bununla əlaqədar 2013-2017-ci illəri əhatə edən dövlət proqramı hazırlanır. Bu proqramda bütün məsələlər öz əksini tapacaq."

Sizin Reklam Yeriniz