Əlaqə Arxiv
news Image
2012.11.17
10:20
| A A A
Bu günə olan hava şəraiti
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında noyabrın 15-dən 16-na keçən gecə bəzi yerlərdə yağış yağacağı, hava şəraitinin gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 8-11, gündüz 13-16 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə noyabrın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, Lənkəran-Astara zonasında az yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10, gündüz 11-16, dağlarda gecə 0-3, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnozlara görə küləkli və yağışlı hava şəraitindən sonra noyabrın 16-17-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Sizin Reklam Yeriniz