Əlaqə Arxiv
news Image
2012.11.16
18:49
| A A A
Bu günə olan hava şəraiti
Movqe.Az xəbər varir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında moyabrın 17-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-11, gündüz 13-16 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə noyabrın 17-də hava şəraitinin əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-11, gündüz 13-17, dağlarda gecə 1-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Həftə sonu Abşeron yarımadasının yüksək atmosfer təzyiqi sahəsinin təsiri altında olması meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Sizin Reklam Yeriniz