news Image
2012.11.18
14:35
| A A A
“Bəzi məktəblər üçün alınan kompyuterlər icra başçılarının, məktəb direktorlarının katibələrinin evindədir”

Təhsil naziri Misir Mərdanov orta məktəblərdə dövlət vəsaiti hesabına alınan kompyuterlərin təyinatı üzrə istifadə edilməməsini kəskin tənqid edib.

APA-nın xəbərinə görə, bu gün Təhsil Nazirliyində keçirilən kollegiya iclasında M.Mərdanov bildirib ki, bəzi rayonlarda dövlətin vəsaiti hesabına alınan kompyuterlər icra başçılarının katibəsinin, yaxud da məktəb direktorlarının katibəsinin evindədir: "Bəzi məktəblərdə müəllim və şagirdlərin istifadəsi üçün nəzərdə tutulan kompyuterlər inzibati işçilərə paylanılıb. Mən hesab edirəm ki, bu problem tezliklə həll olunmalı, ya da həmin adamlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Dövlətin puluna alınan vəsaiti belə israf etmək cinayətdir. Həmin adamlara 1 ay vaxt verilir. Əgər bu müddət ərzində aşkarlanan nöqsanları düzəltməsələr, həmin şəxslər haqqında cinayət işinin qaldırılması üçün müraciət edəcəm. Dövlət başçısı "elektron imza" haqqında fərman imzalayır, biz isə heç elektron sənəd dövriyyəsinə belə keçə bilmirik".

M.Mərdanov deyib ki, yaxın illərdə Azərbaycanda qüvvədə olan ənənəvi dərsliklərdən imtina oluna bilər: "Məktəblərə indiki İPAD-lardan bir qədər böyük cihaz veriləcək. Həmin cihaz vasitəsilə müəllim bütün sinfi idarə edə biləcək. İstənilən vaxt bu cihaz vasitəsilə uşaqlar arasında interaktiv əlaqə də yaratmaq mümkün olacaq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs