news Image
2012.11.19
16:01
| A A A
Təhsil Nazirliyi: Müəllimlərin sertifikasiyadan keçirilməsi üçün hökumət səviyyəsində qərar qəbul olunmalıdır

"Təhsil Nazirliyi müəllim fəaliyyətinin lisenziyalaşdırılması istiqamətində yeni mexanizmlər üzərində işləyir. Bütün dünyada mövcud olan bu sistemin Azərbaycanda da həyata keçirilməsi nəzərdə tutulub".

APA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu proses yalnız fəaliyyət göstərən müəllimlərə şamil ediləcək. Şöbə müdirinin sözlərinə görə, nazirlik bu istiqamətdə elə bir sistem yaratmaq istəyir ki, müəllim sertifikasiyadan keçəndən sonra məlum bir sənəd alsın və bunun nəticəsində onun əmək haqqına əlavələr edilsin. F.Qədirov vurğulayıb ki, mütləq şəkildə bu prosesdən keçən müəllimlərin əmək haqlarına əlavələr edilməlidir: "Əvvəlcə bunu könüllü etməyi düşünürük. İlkin olaraq, verilən elan nəticəsində kim istəsə, gəlib keçəcək və əmək haqlarına əlavələr ediləcək. Lakin 5 ildən sonra artıq müəyyən məcburi mexanizmlər qoyulmalıdır ki, ya gəlib keçərək məktəbdə işləməlisən, ya da işləməməlisən. Hazırda Təhsil Nazirliyindən başqa, bu prosesi həyata keçirə biləcək digər bir qurum yoxdur. Ancaq gələcəkdə bu prosesi hansısa müstəqil bir qurum həyata keçirə bilər".

Təhsil Nazirliyinin şöbə müdiri qeyd edib ki, hələki müəllimlərin sertifikasiyadan necə keçirilməsi barədə qərar qəbul edilməyib. Onun sözlərinə görə, bu prosesi həyata keçirmək üçün hökumət səviyyəsində bir qərar olmalıdır. F.Qədirov vurğulayıb ki, bu məsələ "Təhsil haqqında qanun"da da öz əksini tapıb və hökumət qərar qəbul edəcəyi zamandan bu prosesi həyata keçirmək mümkün olacaq.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs