news Image
2016.05.01
22:00
| A A A
Azərbaycan şəhər, qəsəbə, kənd bələdiyyələri Milli Assosiasiyalarının ümumi yığıncaqları keçirildi (FOTO)

Ötən həftə Azərbaycan şəhər, qəsəbə, kənd bələdiyyələri Milli Assosiasiyalarının ümumi yığıncaqları keçirildi


Tədbirlərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin, Ədliyyə Nazirliyinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.


Ümumi yığıncaqların işində Azərbaycan Şəhər, Qəsəbə,Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının və Nəzarət-təftiş komissiyalarının hesabatları, 2016-cı il üçün büdcə, yerli büdcənin formalaşması və iqtisadipotensialın dayanıqlı maliyyə mənbələri üzərində qurulması məsələləri müzakirə olunub. Qeyd edilib ki, hesabatı əhatə edən dövrdə Assosiasiylar yerliözünüidarəetmə məsələləri ilə bağlı Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, beynəlxalq qurumlar və qeyri hökumət təşkilatları, xarici ölkələrinassosiasiyaları və bələdiyyələri ilə əməkdaşlıq əlaqələrinimüntəzəm davam etdiriblər.


Tədbirlərdə iştirak edən Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının Regionalidarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə işsektorunun müdiri Emin Eyvazov öz çıxışında qeyd edib ki, bələdiyyələr ölkəmizin inkişafında əhəmiyyətlirol oynayır, onlar cəmiyyətdə özünəməxsus nüfuz qazanıb, əhalini narahat edən sosial əhəmiyyətli məsələlərinin həllini tapmağa, vətəndaşları yerli özünüidarəetmə proseslərinə cəlb etməyə çalışıb. Bu işdə Milli Assosiasiyaların böyük töhfəsi var.


Son 1 il ərzində Milli Assosiasiyalar tərəfindən bələdiyyələrin fəaliyyətlərinin əlaqələndirilməsi, bu sahədə ortaya çıxan problemlərin həll edilməsi, ölkəmizdə yerliözünüidarəetmənin gücləndirilməsi və inkişaf etdirillməsi üçün bir çox işlər görülüb.


Bələdiyyələrimiz işlərini elə qurmalıdır ki, həm büdcə gəlirləri öz tələblərini ödəyə bilsin, həm də vətəndaşlar arasında nüfuzu və hörməti artsın. Bələdiyyələrimiz irəliləyişin əldə olunması üçünvergi ödəyicilərinin dəqiq uçotunu aparmalı və yerli büdcələrə daxilolmaların artmasını təmin etməlidir ki, layihələrin sayı çoxalsın, vətəndaşların sosial sifarişləri tam təmin edilsin, bələdiyyələrin fəaliyyətinin səmərəliliyi qənaətbəxş olsun".


Tədbirdə bir sıra təşkilati məsələlərin müzakirəsi də aparılıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs