Əlaqə Arxiv
news Image
2016.05.02
13:07
| A A A
Havanın temperaturu artacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, paytaxt və yarımadada mülayim cənub küləyi əsəcək.


Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 18-23, Bakıda gecə 11-13, gündüz 20-22 dərəcə isti olacaq.


Mayın 3-də Azərbaycan rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz