news Image
2016.05.02
14:45
| A A A
Gəncədə psixotrop dərman satan aptek ifşa olundu

Gəncədə psixotrop dərman satan aptek ifşa olunub.


Movqe.az  Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhərindəki apteklərdən birində şəhər sakini Aqil Kazımov 10 ədəd 3 qramlıq güclü təsir edici maddə olan "Lyrica" dərman həbini 50 manata satarkən saxlanılıb.


Aptekə baxış zamanı isə əlavə olaraq 153 ədəd ümumi çəkisi 45,9 qramlıq güclü təsir edici maddələr olan "Lyrica" dərman həbi, 220 ədəd "Kontramal" və 40 ədəd "Tramadol" ümumi çəkisi 35 qram olan dərman həbləri aşkar edilərək götürülüb.


Araşdırma aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs