Əlaqə Arxiv
news Image
2016.05.02
14:15
| A A A
UNEC-də dissertasiyaların keyfiyyətinin artırılması ilə bağlı yenilik

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dissertasiyaların keyfiyyətinin yüksədilməsi və müasir tələblərə uyğunluğunu təmin etmək məqsədilə Ekspertiza Komissiyası yaradılıb.


UNEC-dən Movqe.az-a verilən məlumata görə, dissertasiyaların Ekspertiza Komissiyasının müvafiq rəyindən sonra ixtisaslar üzrə kafedralara müzakirə üçün göndərilməsi nəzərdə tutulur.


Yeni qaydaların tətbiqində əsas məqsəd UNEC-də elm sahələri və ixtisaslar üzrə müdafiə edən doktorant və dissertantların elmi işlərinin kafedralarda ilkin ekspertizasına qədər keyfiyyətinin yüksədilməsinə dair rəy vermək, təkliflər hazırlamaq və müasir tələblərə uyğun olduğunu təmin etməkdən ibarətdir.


UNEC-də elm sahələri və ixtisaslar üzrə təhsil alan doktorant və dissertantların dissertasiyalarının keyfiyyətinin yüksədilməsinə dair təkliflərin verilməsi, elmi dərəcə almaq üçün təqdim edilən dissertasiyaların tələblərə, tərtib qaydalarına, əsas nəticələrin dərc olunmasına dair elmi nəşrlərə, həmçinin müasir tələblərə uyğunluğunun qiymətləndirilməsi komissiyanın funksiyalarına daxildir.


UNEC haqqında:


UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib. Brend təsdiqlənərkən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi təsnifatın 41-ci sinfini əsas götürürək - tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman və mədəni-maarif tədbirlərinin təşkili, ikinci isə 42-ci sinif - elmi və texnoloji xidmətlər və onlara aid elmi tədqiqatlar və işləmələr, sənaye analizi və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsi əsas götürüb.

Sizin Reklam Yeriniz