Əlaqə Arxiv
news Image
2016.05.02
15:07
| A A A
Fuzulidə səhiyyə aksiyası keçirilib

Azərbaycan həkimləri Qarabağda fərqli bir aksiyaya imza atdılar. "Uşaq ürəkləri Qarabağla döyünür" (Children's heart's beat in Karabakh) şüarıyla Füzuli rayonun Böyük Bəhmənli kəndndə keçirilən bu səhiyyə aksiyası təkcə hümanitar bir addım kimi yox, həm də uzun illərdir ki, erməni təcavüzünə məruz qalan Qarabağa diqqətin yönəldilməsi baxımından da maraq doğurdu.


Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudovun təşkilatçılığı ilə keçirilən aksiya 35 nəfər səhiyyə mütəxəssisinin iştirakı ilə bir həftə davam etdiriləcəkdir. Redaksiyamıza verilən məlumata görə hümanitar aksiyanın ilk günündən başlanan ambulatuar müayinələrin icrası uğurla yekunlaşmışdır.


Hümanitar aksiyanın rəhbəri, ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudov müxbirimizlə söhbətində "Uşaq ürəkləri Qarabağda döyünür" şüarıyla keçirilən səhiyyə aksiyasının əhəmiyyətindən danışaraq bildirmişdir ki, dünya ictimayyətinin diqqətini fərgli bir aspekdən Qarabaga cəlb etmək istədik. Bir həftəlik aksiya çərcivəsində ürək-damar xəstəliklərindən əziyyət çəkən məcburi köçkünlərimizin müayinəsi təşkil ediləcək, bununla yanaçı uşaqlar başda olmaqla ağır ürək qusuru olan xəstələr üzərində açıq ürək əməliyyatlarə həyata keçiriləcəkdir. 8 anadangəlmə ürəkqusurlu uşağın üzərində ürək cərrahiyyə əməliyyatlarının aparılması planlaşdırılır. Artıq dörd uşağın ürəyində cərrahiyyə əməliyyatımızı uğurla başa çatdırmışıq. Daha dörd uşağın ürək əməliyyatının aparılması sonrakı günlərdə olacaqdır. Açıq urək əməliyyatları ilə birlikdə keçiriləcək elmi-praktiki konfransda Füzuli və ətraf rayonlarda fəaliyyət göstərən həkimlərimizlə anadangəlmə ürək xəstəlikləri sahəsində qazanılmış elmi nailiyyətlət müzakirə olunacaq, təcürbə mübadilələri aparılacaqdır.

Sizin Reklam Yeriniz