Əlaqə Arxiv
news Image
2016.05.02
16:36
| A A A
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı

Azərbaycan Respublikasında fəaliyyət göstərən bir sıra informasiya agentliklərindən daxil olmuş çoxsaylı müraciətləri nəzərə alaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirir ki, hazırda respublikamızda Ermənistan hərbçilərinin meyitlərinin saxlanması barədə məlumatlar həqiqəti əks etdirmir.Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına daim hörmətlə yanaşır və atəşkəsin pozulması nəticəsində həlak olmuş insanların meyitlərinin qısa müddət ərzində repatriasiya edilməsinin tərəfdarıdır.

Sizin Reklam Yeriniz