news Image
2016.05.03
10:37
| A A A
V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə ərizə qəbulu başlayıb

Bu gündən etibarən 2016-2017-ci tədris ili üçün V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ərizə qəbulu başlayıb.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Movqe.az-a verilən məlumata görə, Azərbaycanın tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul imtahanı vermirlər, müsabiqədə buraxılış imtahanındakı nəticələri əsasında iştirak edirlər.


Bu abituriyentlərdən ərizə qəbulu mayın 3-dən 17-dək aparılacaq.


I-IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verib həm də V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər mayın 3-dən mayın 17-dək ikinci ödəmə kartı almadan elektron ərizə təqdim etməlidirlər.


Bildirilir ki, V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər ödəmə kartı əldə edib mayın 5-dən mayın 17-dək ərizə təqdim etməlidirlər.


Abituriyentin elektron ərizəsi təsdiq ediləndən sonra hüquqi əsasa malik olur. Ərizəsi təsdiqlənməyən abituriyentlər qəbul imtahanlarına buraxılmırlar.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs