Əlaqə Arxiv
news Image
2016.05.03
12:15
| A A A
Avtobuslarda gediş haqqının ödənilməsində-YENİLİK-Özəl

Bakıda ictimai nəqliyyat vahid ödəmə sisteminə keçdikdən sonra, son dayanacaqlarda bütün avtobuslarda gediş haqqı yeni ödəmə sistemi ilə ödəniləcək. Bu barədə Movqe.az-a eksklüziv məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova verib. N. Allahyarovanın sözlərinə görə, Nəqliyyatın Mübadilə Mərkəzlərinin  (XAB) yaradılması son dayanacaqlarda avtobuslarda gediş haqqını turniketlər vasitəsilə ödəməyə imkan verəcək: "Gələcəkdə avtobusların sıx hərəkət trayektoriyasının olduğu bütün ərazilərdə yeni Nəqliyyatın Mübadilə Mərkəzlərinin yaradılması nəzərdə tutulur. Həmin Mərkəzlərin girişində  turniketlər quraşdırılacaq.  İctimai nəqliyyatda vahid ödəmə sisteminə tam keçid baş tutduqdan sonra, sərnişinlər avtobusların son dayanacağından gediş haqqını Nəqliyyatı Mübadilə Mərkəzlərinin girişində quraşdırılmış turniketlər vasitəsilə ödəyə biləcəklər. Bu sistemin yaradılmasının məqsədi, son dayanacaqlarda sərnişin sıxlığı ilə əlaqədar avtobusa minərkən gediş haqqının ödənilməsində yaranan tıxacın qarşısını almaqdan ibarətdir. Bəllidir ki, avtobusların son dayanacaqlarında sərnişin sıxlığı olduğundan, avtobusun içərisində kartla ödəmə zamanı tıxac yaranır. Bunu nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi son dayanacaqlarda yaradılan Nəqliyyatı Mübadilə Mərkəzlərinə turniketlər quraşdırmaq qərarına gəlib. Bu günlərdə Koroğlu metrostansiyasının ətrafında yaradılan ilk Nəqliyyatı Mübadilə Mərkəzində turniketlərin quraşdırılması da, məhz bu məqsəd daşıyır. Hələki Bakubus avtobuslarında nağdsız ödəmə tətbiq olunduğundan, son dayanacaqda yaradılmış bu turniketlərdən sözügedən avtobuslardan istifadə edən sərnişinlər yararlana bilir".

N. Allahyarovanın sözlərinə görə, son dayanacaqlarda yaradılan Nəqliyyatı Mübadilə Mərkəzlərində quraşdırılmış turniketlərlə yanaşı digər dayanacaqlardan minən sərnişinlər avtobusun içərisindəki validatorlar vasitəsilə kartla gediş haqqını ödəyə biləcəklər. 

















Sizin Reklam Yeriniz