Əlaqə Arxiv
news Image
2016.05.03
17:32
| A A A
Reklam haqqında qanunvericiliyin pozulmasına görə cərimələr 2 dəfəyədək artırılır

Azərbaycanda reklam haqqında qanunvericiliyin pozulmasına görə cərimələr artırılır.


Milli Məclisdən  bildirilib ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsini nəzərdə tutan yeni layihəyə əsasən, əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə fiziki şəxslər 200 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1200 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 6000 manatadək məbləğdə cərimə ediləcəklər.


Məcəllənin hazırkı varinatında isə əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə fiziki şəxslər 100 manatdan 150 manatadək, vəzifəli şəxslər 400 manatdan 600 manatadək, hüquqi şəxslər isə 2000 manatdan 3000 manatadək məbləğdə cərimə edilirlər.


Yeni layihə Milli Məclisin mayın 6-da keçiriləcək plenar iclasına tövsiyə olunub.

Sizin Reklam Yeriniz