news Image
2016.05.04
10:10
| A A A
Qanunsuz sahibkarlıqla məşğul olan şəxs cərimə ödəməklə məsuliyyətdən azad oluna bilər

Azərbaycanda qanunsuz sahibkarlıqla məşğul olan şəxslər cərimə ödəməklə məsuliyyətdən azad oluna bilərlər.


Milli Məclisdən  verilən məlumata görə, bu məsələ Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsinə təkilf edilən dəyişiklikdə öz əksini tapıb.


Belə ki, maddəyə əlavə ediləcək qeyd bölməsində göstərilir ki, bu Məcəllənin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törədən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə cinayət məsuliyyətindən azad olunur.


Xatırladaq ki, hazırda qanunsuz sahibkarlıqla məşğul olan şəxs cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Dəyişiklik Milli Məclisin mayın 6-da keçiriləcək plenar iclasına təklif olunub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs