Əlaqə Arxiv
news Image
2016.05.04
12:45
| A A A
6 saylı cəzaçəkmə müəssisəsində məhkumların əl işləri nümayiş olundu

Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsidə məhkumların əl işlərindən ibarət sərgi keçirildi. Mövqe.az-ın məlumatına görə, tədbirdə Ədliyyə Nazirliyinin rəhbərliyi, Milli Məclisin deputatları, Ombusdman Aparatının nümayəndələri və Penitensiar Xidmətin rəhbərliyi iştirak ediblər.Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi vəzifəsini icra edən, ədliyyə general-mayoru Hüseyn Əlixanov bildirib ki, sərginin təşkilində məqsəd məhkumların faydalı əməklə məşğulunun təmin olunmasıdır. Onun sözlərinə görə, bu, həm də məhkumların islah olunması üçündür. Tədbirin məqsədi həmçinin məhkumların gələcəkdə cəzaçəkmə müəssisəsindən azad olunandan sonra cinayətə meylli olmaması və peşəyə yiyilənməsdiir: "Biz həmçinin tədbirə  sahibkarları, iş adamlarını cəzaçəmə müəssisəsi ilə əməkdaşlığa dəvət edirik ki, onlar məhkumların əl işlərini, bacarıqlartını görsün, gələcəkdə onların işlə təmin olunmasına şərait yaratsın". 

H. Əlixanov qeyd edib ki, hazırda cəmiyyətdə məhkumlar haqqında mənfi imic formalaşıb: "Biz bu tədbirlərlə bir daha göstərmək istəyirik ki, bu məhkumların əksəriyyəti tam islah olunmuş şəkildə azadlığa çıxırlar və onlar haqqında mənfi imic aradan qaldırılır. Məhkumlara münasibət kökündən dəyişməlidir, onlar azadlığa çıxdıqdan sonra işlə təmin olunmalıdırlar. Çünki, məhbuslar adətən hər hansı peşəyə yiyələnmədikdə, cəzaçəkmə müəssisəsindən çıxandan sonra hansı işlə məşğul olacağını bilmir, yenidən cinayətə əl atır. Və ya dövlətin əleyhinə olan hansısa qruplaşmalara qoşulur. Hesab edirəm ki, Milli Məclisdə də məhkumların azadlıqdan sonrakı fəaliyyəti ilə bağlı qanun layihəsi işlənib hazırlanmalıdır". Daha sonra sərgidəki əl işləri nümayiş olundu. Tədbir iştirakçıları məhkumların əl işləri ilə tanış olublar. Sərgidə 17 cəzaçəkmə müəssisəndən 342 eksponat nümayiş etdirilib.


Sizin Reklam Yeriniz