Əlaqə Arxiv
news Image
2016.05.04
14:00
| A A A
Havanın temperaturu yüksələcək

Mayın 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. 

 

Havanın temperaturu gecə 10-15, gündüz 19-23 dərəcə isti olacaq. 

 

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi arabir ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

 

Havanın temperaturunun gecə 10-15, gündüz 24-29, dağlarda gecə 4-9, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz