Əlaqə Arxiv
news Image
2016.05.04
14:52
| A A A
Azərbaycan zabiti: “Minalanmış sahələri itkisiz təmizləyib, hərbi texnikamızı düşmənin mövqelərinin arxasına keçirdik”

 "Düşmənin minaladığı sahələri vaxtında və itkisiz təmizləyib, öz hərbi texnikamızı düşmənin mövqelərinin arxasına keçirməyə nail olduq".

 

Movqe.az apa-ya istinadən bildirir ki, bunu Lələtəpə yüksəkliyinin tutulmasında iştirak edən döyüşçülərdən biri, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən hərbi xidmətdə fərqlənməyə görə, 3-cü dərəcəli medalla təltif olunan "N" saylı hərbi hissənin zabiti Ruslan Qasımov deyib.

 

Təltif olunan hərbçilər adından Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq edən zabit deyib ki, Ali Baş Komandanın tapşırıqlarını hər an yüksək səviyyədə yerinə yetirməyə hazırdırlar. 

Sizin Reklam Yeriniz