news Image
2016.05.04
16:10
| A A A
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti müsabiqə elan etdi

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma" regional proqramı jurnalistlər arasında "Əmək hüququ: qanunvericilik və təcrübə" mövzusuna dair çap və elektron məqalələrin müsabiqəsini elan edir. Müsabiqəyə əmək münasibətləri və əmək hüquqlarına həsr olunmuş məqalələr, o cümlədən əmək münasibətlərinin tənzimlənməsinin əsasları, əmək münasibətlərini tənzimləyən qanunvericilikdə olan boşluq və ziddiyyətlər, qanunvericiliyin tətbiqində mövcud olan problemlər, o cümlədən əmək münasibətlərinin rəsmiləşdirilməsi, işçilərə ədalətli və əlverişli əmək şəraitinin yaradılmasının vəziyyəti, əməyin mühafizəsi, işçilərin bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığortası ilə bağlı vəziyyət, qeyri-formal əmək bazarının yaratdığı problemlər, o cümlədən ev qulluğu işləri, məcburi əmək halları ilə bağlı araşdırma yazılar təqdim edilə bilər. Müsabiqəyə həmçinin, işçilərin müəyyən edilmiş müddətlərdən artıq işlərə cəlb edilməsi, istirahət hüququnun təmin olunması, qadınların və uşaqların əmək bazarında iştirakı, əmək münasibətlərinin gender aspektləri, işəgötürən və işçilərin qarşılıqlı məsuliyyəti və bu sahədə olan problemlərə həsr olunan yazılar təqdim oluna bilər.


Məqalələrin qiymətləndirilmə meyarları:


- Əmək qanunvericiliyinin tətbiqi zamanı meydana çıxan problemlərin təhlili, qanunvericilikdə olan boşluq və ziddiyyətlərin əmək münasibətlərinin tənzimlənməsinə mənfi təsirləri və nəticələri;


- Əmək qanunvericiliyi sahəsində problemlərin obyektiv və subyektiv səbəblərinin izah edilməsi, həmçinin onların mümkün həlli yollarının təklif edilməsi, bu zaman yaxşı təcrübələrə (əvvəlki və ya xarici təcrübə) istinad edilməsi;


-Əmək münasibətlərinin daha yaxşı tənzimlənməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi və nəzarət mexanizmlərinin effektivliyinin artırılması üçün siyasətin qurulması baxımından əhəmiyyəti;


- yazının peşəkarlıq səviyyəsi (mövzunu mümkün qədər tam əhatə etməsi, sadə dildə yazılması, ekspertlərdən yararlanmaqla müxtəlif yanaşmaların tarazlaşdırılmış şəkildə təsviri, başlığın orijinallığı);


Müsabiqənin qalibləri nüfuzlu ekspertlərdən təşkil edilmiş münsiflər heyəti tərəfindən müəyyən olunacaq.


Qaliblər diplomlar və aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar:


Birinci yer – 500 AZN

İkinci yer – 400 AZN

Üçüncü yer – 300 AZN


Müsabiqənin texniki şərtləri:


1. Jurnalistlər müsabiqəyə 04 May 2016-cı ildən 15 İyun 2016-cı ilədək dövri mətbuatda dərc edilən və ya internet resurslarında yerləşdirilən məqalələri ilə qatıla bilərlər. Bir jurnalist birdən artıq məqalə təqdim edə bilməz. Müsabiqədə iştirak etmək istəyən şəxslər aktiv jurnalistika fəaliyyəti ilə məşğul olmalı və ən azı bir il peşəkar jurnalistika təcrübəsinə malik olmalıdırlar.

2. Müəlliflər məqalənin dərc edildiyi qəzet və ya jurnalın nüsxəsini həmin məqalənin elektron versiyası ilə birgə GIZ-in "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma" regional proqramının Bakı bürosuna təqdim etməli və müvafiq ərizə formasını doldurmalıdırlar. İnternetdə yerləşdirilmiş məqalə müəlliflərindən yalnız müvafiq ərizə formasını doldurmaq tələb olunur.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs