Əlaqə Arxiv
news Image
2016.05.04
16:34
| A A A
Populyar “5/36” və “6/40” lotereyaları yeni keyfiyyətdə - ani lotereya şəklində istehlakçıların ixtiyarına verildi

Çoxsaylı lotereya həvəskarlarının müxtəlif zövq və tələbatlarını nəzərə alan "Azərlotereya" bir-birindən maraqlı və yeni lotereyaları istehlakçıların ixtiyarına verməkdə davam edir.

 Son illər dünya lotereya bazarında ani lotereyaların xüsusi çəkisinin sürətli artım tendensiyası Azərbaycan lotereya bazarından da yan keçməyib.  Ani lotereyaların günbəgün populyarlaşması da heç şübhəsiz bu tendensiyanın davamıdır.Ölkənin lotereya bazarının populyar lotereyaları isə iştirakçılar arasında xeyli vaxtdır "intellektual" adlandırılan "5/36" və "6/40" lotereyalarıdır. Son illərdə istər uduşların sayı baxımından, istərsə də uduş məbləğlərinin həcminin böyüklüyü baxımından bu lotereyaların bazarın şəksiz lideri hesab olunmasına heç bir etiraz olmayıb. Dəyədi yüz min manatlarla ölçülən, o cümlədən 409 min 295 manat və 439 min 135 manat kimi rekord uduşlar da məhz bu lotereyaların uduş tirajlarında qeydə alınmışdır. Digər tərəfdən "5/36" və "6/40" lotereyalarının unikallığı həm də ondadır ki, bu lotereyalarda iştirak etmək üçün istehlakçıların geniş və hərtərəfli seçim azadlığı var. Arzu edənlər lotereya biletlərini təkcə müxtəlif satış məntəqələrindən yox,  həm də www.azerlotereya.com saytı vasitəsi ilə və ən nəhayət müxtəlif yerlərdə quraşdırılmış çoxsaylı "Milliön" terminallarından da asanlıqla, istənilən vaxt əldə edə bilərlər. İntellekt və intuisiyasına güvənən lotereya həvəskarları ehtimal nəzəriyyəsinə, bildikləri müxtəlif düsturlara güvənərək, çox müxtəlif  rəqəm kombinasiyalarına baş vurmaqla, özləri öz udmaq şanslarını daha ciddi və təmkinli  müəyyənləşdirməyə üstünlük verirlər. Bu günlərdə "Azərlotereya" ASC həm "5/36" və "6/40" lotereyalarının, həm də ani lotereyaların istehlakçılar arasında olan geniş populyarlığını nəzərə alaraq "5/36" və "6/40" lotereyalarını yeni keyfiyyətdə - ani lotereya şəklində istehlakçıların ixtiyarına verib. İndi lotereya biletlərini aldıqdan sonra, bu lotereyaların keçiriləcəyi tirajları gözləməyə ehtiyac yoxdur. Lotereyanı alırsınız, pozursunuz və anındaca udursunuz. Lakin qeyd etmək lazımdır ki, burada uduş prosesi "al, poz və ud" kimi klassik ani lotereya formatına sığmır və özü özlüyündə xoş bir əyləncədir.Aldığınız  "5/36" ani lotereya biletinin üzərindəki "Oynanılan rəqəmlər" zonasındakı 4 üfüqi sıranın hər birində 1-dən 36-dək beş ədəd üstüörtülü rəqəm qeyd edilib. "Uduşlu rəqəmlər" zonasında da beş ədəd üstüörtülü rəqəmin qeyd olunduğu görünür. Lotereya biletinizin üzərindəki bu iki zonanın qoruyucu səthlərini pozursunuz, biletinizin "Uduşlu rəqəmlər" zonasında olan rəqəmlər "Oynanılan rəqəmlər" zonasındakı istənilən üfuqi sıranın beş, dörd və üç rəqəmi ilə üst-üstə düşərsə, deməli, bəxtiniz gətirib: biletiniz uduşludur. 

Uduşlar belə bir qayda ilə təqdim olunur: biletinizin bir üfüqü sətrində üç rəqəm uyğunluğu sizə 1(bir) manat, dörd rəqəm uyğunluğu 5(beş) manat qazandırır. Rəqəmlər biletinizin bir neçə üfüqü sətri üzrə uyğun gələrsə, uduşlar cəmlənir. Biletinizin "Uduşlu rəqəmlər" zonasındakı beş rəqəm "Oynanılan rəqəmlər" zonasındakı üfüqü sətirlərdən hər hansı birindəki beş rəqəmlə uyğun gələrsə, onda "Cek Pot" yazılmış sahənin qoruyucu səthini pozun və udduğunuz məbləği bilin. Siz anındaca "Cek Pot" olaraq 50 (əlli) manat, 100 (yüz) manat, 1.000 (min) manat, 2.000 (iki min) manat, 5.000 (beş min) manat və nəhayət 10.000 (on min) manata sahib ola bilərsiniz. Digər "6/40" lotereyası da eyni prinsiplə oynayır. Sadəcə, burada biletin üzərindəki "Oynanılan rəqəmlər" zonasında üç üfüqi sıranın hər birində və "Uduşlu rəqəmlər" zonasında, 1-dən 40-dək, altı ədəd üstüörtülü rəqəm qeyd olunub. Bu zonaların qoruyucu səthini pozduqda "Uduşlu rəqəmlər" zonasındakı rəqəmlərin altısı, beşi, dördü və hətta üçü "Oynanılan rəqəmlər" zonasındakı istənilən üfuqi sıranın altı, beş, dörd və üç rəqəmi ilə üst-üstə düşərsə, bilet uduşlu sayılır. Burada bir sətirdə üç rəqəm uyğunluğu bilet sahibinə 1(bir) manat, bir sətirdə dörd rəqəm uyğunluğu 3(üç) manat, bir sətirdə beş rəqəm uyğunluğu isə 10(on) manat qazandırır. Rəqəmlər biletinizin bir neçə üfüqü sətri üzrə uyğun gələrsə, uduşlar cəmlənir. Biletinizin "Uduşlu rəqəmlər" zonasındakı altı rəqəm "Oynanılan rəqəmlər" zonasındakı üfüqü sətirlərdən hər hansı birindəki altı rəqəmlə uyğun gələrsə, onda "Cek Pot" yazılmış sahənin qoruyucu səthini pozmaqla uduşunuzun məbləğini görə bilərsiniz. Bu lotereyada da siz  "Cek Pot" olaraq 50 (əlli) manat, 100 (yüz) manat, 1.000 (min) manat, 2.000 (iki min) manat, 5.000 (beş min) manat və nəhayət 10.000 (on min) manata sahib ola bilərsiniz.İstehlakçıların ixtiyarına yeni verilən bu ani lotereyalarda da lotereya biletinin üz tərəfindəki "Pozmaq olmaz" sahəsinə toxunmaq qadağan edilir. Bu sahənin qoruyucu səthi pozulan lotereya bileti etibarsız sayılır və həmin biletə uduş ödənilmir. Beləliklə, hazırda lotereya bazarında ani lotereyalarda oynanılan yüz minlərlə uduşa "5/36" və "6/40" ani lotereyalarından daha 307 min 736 ədəd uduş  da əlavə olundu.  Xeyirli olsun, alın, pozun və udun!


Sizin Reklam Yeriniz