Əlaqə Arxiv
news Image
2016.05.05
10:05
| A A A
“Elektron hökumət” portalında dəyişiklik

"Elektron hökumət" portalı istifadəyə verildiyi tarixdən bu günədək təqdim olunan elektron xidmətlərə müraciət sayı 23 milyondan artıqdır. Bu statistik rəqəmi portala yerləşdirilmiş sayğac vasitəsi ilə hər bir vətəndaş real vaxt rejimində izləyə bilər. Elektron xidmətlərdən bəhrələnən bu istifadəçi dinamikası ölkəmizdə "Elektron hökumət" ideyasının sürətlə gerçəkləşməsini təsdiq edir. Portalın təqdim etdiyi 424 sosial xidmət, 12 elektron arayış, 250 növ ödəmələri özündə birləşdirən elektron ödənişlər sistemi və bank xidmətlərindən istifadə sayının saniyələrlə artdığını sayğac vasitəsilə müşahidə etmək mümkündür. "Elektron hökumət"i meydana gətirən təməl ünsürləri dövlət qurumlarının, təşkilatların elektronlaşması ilə yanaşı, vətəndaşların da "elektronlaşmasıdır". Artıq elektron xidmətlərdən istifadə etmək vərdişinə yiyələnən vətəndaşların say çoxluğu xidmətlərin rəqəmsal mühitə daşınmasının zərurət olduğunu bir daha sübut edir.

Sizin Reklam Yeriniz