Əlaqə Arxiv
news Image
2016.05.05
12:28
| A A A
Komitə sədri: "Bəzi sahibkarlar yoxlamaların dayandırılmasından sui-istifadə edir"

"Aidiyyati dövlət qurumları tərəfindən sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılmasından bir sıra sahibkarlar sui-istifadə edir".

"APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib."Təbii ki, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması sahibkarlığın inkişafına ciddi təkan verir. Amma bundan sui-istifadə edənlər də az deyil. Sözsüz ki, bizim qurumun qarşısında duran vəzifələri biz icra edirik. İstehlak bazarında apardığımız monitorinqlər nəticəsində yararsız məhsullar aşkarlanırsa, biz istehsalçı müəssisəyə getmədən, müvafiq tələbnamə göndərməklə lazımi tədbir görürük. Tələbnamə icra olunmadıqda, müvafiq sənədlər toplanılaraq prokurorluq orqanlarına təqdim olunur", - deyə R. Həsənov qeyd edib.


Sizin Reklam Yeriniz