Əlaqə Arxiv
news Image
2016.05.05
16:30
| A A A
Azərbaycanlı deputat Marmara Universitetinin rektoru ilə görüşdü

Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyev Türkiyənin ən böyük dövlət ali təhsil müəssisələrindən olan Marmara Universitetinin rektoru, professor Emin Aratla görüşüb.

Bu barədə məlumat verən universitetin mətbuatla əlaqələr şöbəsinin əməkdaşı Merve GÜNERLİ bildirib ki, görüşdən bir gün əvvəl Azərbaycanlı millət vəkili Cavanşır Feyziyevin universitetdə təqdim olunan "Türk Devletleri Birligi: Küresel Enteqrasyonun Avrasiya Modeli" (Türk dövlətləri birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli) kitabı böyük maraqla qarşılanıb.

Görüşdə deputatla rektor bir saata yaxın kitabın hədəfi olan məsələləri müzakirə ediblər. Cavanşır Feyziyev öncə universitetdə bu kitabın təqdimatına şərait yaratdığına görə rektora təşəkkür edib və bildirib ki, "Biz 50-100 il sonra dünya çapında türk toplumunun yerini daha yüksəkdə, daha güclü görmək istəyirik. Ona görə də hesab edirik ki, Türkdilli Ölkələrin Birliyi çox vacibdir. Bunu həm də indiki dünyanın şərtləri labüd edir. Biz gələcəkdə türk toplumunu dünya səviyyəsində, beynəlxalq səviyyəsində özümüz təmsil etməliyik. Əks halda ciddi problemlərlə üzləşəcəyik. Məhz ərsəyə gətirdiyim kitab bu kimi məsələlərin çözüm yollarını göstərir. Doğrudur, bu, əziyyətsiz, ağrısız başa gəlməyəcək. Ancaq bütün dünya bilməlidir ki, hədəflədiyimiz qurum kimsəyə qarşı olmayacaq. Ona görə də ayrı-ayrı dövlətlərin, beynəlxalq qurumların bu məsələdən əndişə keçirməsinə gərək yoxdur".

Rektor deputatın bəhs etdiyi məsələnin önəmli olduğunu önə çəkərək, bu kimi məsələlərə hər zaman dəstək oalcaqlarını vurğulayıb."Təbii ki, sizin dediyiniz kimi bu iş asan başa gəlməyəcək. Amma bir şeyi könüldən istədinsə, ona nail olacaqsan".

Müzakirələr zamanı Türkiyə və Azərbaycanda təhsil, tələbə mübaduləsi kimi məsələlərə də toxunulub. Sonda professor Emin Arat azərbaycanlı deputata universitetlə bağlı, Cavanşir Feyziyev isə rektora üzərində Canaqqala savaşını andıran suviner hədiyyə təqdim edib.

Qeyd edək ki, Marmara Universiteti Türkiyənin ən qədim və böyük universitetlərindən biridir. Hazırda universitetin 4 minə yaxın müəllimi, 78 mindən artıq tələbəsi var.

Sizin Reklam Yeriniz