news Image
2016.05.05
20:30
| A A A
İlin sonundan başlayaraq yeni şəxsiyyət vəsiqələri veriləcək

"Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması nəzərdə tutulur". Movqe.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib.

O, bildirib ki, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə ilin sonundan başlanılacaq: "Bu xidmətin Daxili İşlər Nazirliyi tərəfindən verilməsi nəzərdə tutulur. "ASAN Xidmət" Mərkəzlərində Daxili İişlər Nazirliyinin göstərdiyi xidmətlərdən biri də şəxsiyyət vəsiqələrinin verilməsidir. Ona görə də yeni nəsil şəxsiyyət vəsiqələri verilməyə başlayan andan "ASAN Xidmət" Mərkəzlərində bu xidmət növündən faydalanmaq olacaq".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs