Əlaqə Arxiv
news Image
2016.05.06
15:07
| A A A
Heydər Əliyevin 93-cü il dönümü ilə bağlı keçirilən yazı müsabiqəsinin qalibləri açıqlanıb

 Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 93-cü il dönümünə həsr olunmuş tədbir keçirilib. Movqe.az-ın xəbərinə görə, tədbirdə eyni zamanda Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır" mövzusunda məqalə müsabiqəsinin qalibləri açıqlanıb.

 

Tədbiri giriş sözü ilə açan AQUPDK-nın sədri Hicran Hüseynova bildirib ki, Heydər Əliyevə həsr olunmuş yazı müsabiqəsinin keçirilməsi artıq ənənə halını alıb: "Azərbaycan tarixində qadın probleminin sistemli şəkildə həll edilməsində Heydər Əliyevin böyük xidmətləri var. Heydər Əliyev qadınlarla bağlı olan problemləri hər zaman diqqətdə saxlayıb. Heydər Əliyevin dövlət və qadın siyasəti haqda imzaladığı sərəncamların əhəmiyyəti çox böyükdür".

 

H. Hüseynova qeyd edib ki, "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır" mövzusunda məqalə müsabiqəsinə təqdim olunan yazıların səviyyəsi ilbəil artır: "Bəzən jurnalistlər məişət zorakılığı, qadın problemləri ilə bağlı məsələləri subyektiv formada işıqlandırırlar. Reytinq xətrinə yazırlar. Bu isə insanlara səhv informasiyanın çatdırılmasına səbəb olur".

 

Dövlət Komitəsinin sədri əlavə edib ki, məqalə müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı jurnalistlərin yaradıcılıq imkanlarının aşkar olunmasına şərait yaratmaqdır.

 

Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva bildirib ki, Heydər Əliyevin ideyaları heç vaxt özünü yanıltmayıb: "Heydər Əliyev istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik illərində Azərbaycan qadınlarını müxtəlif sahələrdə daim irəli çəkirdi. Heydər Əliyev Azərbaycan qadınının müdrikliyinə inanırdı. Bu gün onun siyasəti davam etdirilir. Heydər Əliyevin bizə qoyub getdiyi Azərbaycançılıq ideologiyası yaşayır".

 

Sonda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Sizin Reklam Yeriniz