news Image
2016.05.06
16:00
| A A A
BDU-da Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd olunub

Bakı Dövlət Universitetində (BDU) Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

BDU-nun mətbuat və informasiya şöbəsindən Movqe.az-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə universitetin inzibati binasında Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyublar. Heydər Əliyevlə bağlı kitab sərgisinin nümayişindən sonra tədbir universitetin professor-müəllim heyəti, çoxsaylı qonaqlar və tələbələrin iştirakı ilə davam edib. Rektor, akademik Abel Məhərrəmov tədbiri açaraq Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, vətən, xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edib.

Baş nazirin müavini, YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov Heydər Əliyevin daxili və xarici siyasət istiqamətindəki fəaliyyəti ilə bağlı məruzə edib. Bildirib ki, Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaradıb, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazanıb.

Sonra BDU-nun idman kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş fakültələrarası futbol turnirində və digər idman növləri üzrə yarışlarda qalib olmuş şəxslərə mükafatlar təqdim edilib.

Futbol turnirində Tarix fakültəsi birinci, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi ikinci, Sosial elmlər və psixologiya, Hüquq fakültələri üçüncü yerləri tutublar.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs