news Image
2016.05.06
16:17
| A A A
Xarici diplomatlar ermənilərin dağıtdığı orta məktəbdə olublar

Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələri Tərtər rayonundan cəbhənin Ağdam istiqamətinə gediblər.

 

Movqe.az-ın apa-ya istinadən xəbərinə görə, diplomatları Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov qarşılayıb. Onlara aprel ayında erməni hərbi birləşmələrinin yaşayış məntəqələrinin atəşə tutması barədə məlumat verilib.

 

Daha sonra nümayəndə heyəti ermənilər tərəfindən atılan mərminin dağıtdığı Sarıcalı kənd orta məktəbində olublar.

 

Diplomatlar, həmçinin erməni silahlı qüvvələrinin ağır artilleriya atəşinə məruz qalan Mahrızlı, Zəngişalı, Çəmənli kəndlərində olacaqlar.

 

Qeyd edək ki, Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələrinin cəbhənin Ağdam və Tərtər istiqamətinə səfəri təşkil olunub.

 

Səfərin məqsədi 2016-cı ilin aprel ayı ərzində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca iri çaplı minaatanlar, ağır artilleriya və toplardan istifadə etməklə təmas xəttinə yaxın kəndlərdə sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisi, fərdi və dövlət mülkiyyətində olan obyektlər və Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutmasının və dəymiş ziyanın humanitar və sosial nəticələri ilə yerindəcə tanış olmaqdır.

 

Diplomatik nümayəndəliklərin rəhbərləri və hərbi attaşelərin daxil olduğu 80-ə yaxın nümayəndənin səfərinin məqsədlərindən biri də qoşunların təmas xətti boyunca mövcud vəziyyətin diplomatların təmsil etdiyi ölkələrə obyektiv çatdırılmasının təmin edilməsidir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs