news Image
2016.05.07
07:00
| A A A
Xalq və Prezident arasında sarsılmaz birlik
Elşən Musayev: “Bütün bu hörmət və nüfuzu cənab Prezident öz əməli fəaliyyəti, təcürəbəsi ilə qazanıb” Kamil Seyidov: “Əhalinin böyük əksəriyyətinin İlham Əliyevin ətrafında olması, onu dəstəkləməsi sözsüz ki, bizi istəməyən xarici qüvvələrin, erməni lobbisi və daxildəki radikalların Azərbaycan əleyhinə yönəlik çirkin əm

ABŞ-ın müstəqil qeyri-hökumət təşkilatı "Arthur J. Finkelstein & Associates" (AJF) tərəfindən keçirilən ictimai rəy sorğusunda 96,8 faiz respondent Azərbaycan Prezidentinə etibar etdiyini bildirib. Respondentlər dövlətimizin başçısının fəaliyyətini "əla", yaxud "yaxşı" qiymətləndiriblər. 96,3 faiz respondent ölkə rəhbərliyinin Azərbaycanı erməni təcavüzkarlarından qoruduğunu bildirib, Azərbaycan Ordusunun cavabının səmərəliliyini "əla" və ya "yaxşı" qiymətləndirib. Bəs, əldə olunan bu nəticə radikal müxalifət, anti-Azərbaycan qüvvələri və erməni lobbisi üçün  nə deməkdir? 

Milli Məclisin deputatı Elşən Musayev bildirdi ki, xarici təşkilatın keçirdiyi rəy sorğusunda belə İlham Əliyevin nüfuzunun yüksək olması anti-Azərbaycan qüvvələrinin

dövlətimiz əleyhinə apardıqları çirkin kampaniyanın iflasa uğraması deməkdir: "Cənab Prezidentin Azərbayandakı nüfuzunu, onun hörmətini əslində, xalq çoxdan müəyyən edib. Bütün keçirilən seçkilərdə də bunun əyani nəticəsini görmüşük. Amma bu rəy sorğuları da yaxşıdır ki, həmin beynəlxalq aləmə, Azərbaycanda olan radikal qüvvələrə və bizi sevməyən digər insanlara da bunu təkcə iqtidar təmsilçilərinin demədiyini  görsünlər. Bunu həm də sorğuların nəticələri deyir. Sadəcə olaraq, bütün bu hörmət və nüfuzu cənab Prezident öz əməli fəaliyyəti, təcürəbəsi ilə qazanıb. 

Bu fəaliyyət dönəmində Prezidentin Dağlıq Qarabağla bağlı sərgilədiyi mövqe, balanslı siyasəti ən mükəmməl şəkildə saxlaması, qonşu dövlətlərlə xüsusi prinsipial mövqe sərgiləməsi diqqətdən yayınmır.  Türkiyə-Rusiya münaqişəsində cənab Prezidentin sərgilədiyi ağıllı, mükəmməl mövqe nəticəsində heç bir tərəf bizdən incimədi, hamısı dostluq münasibətlərini saxladı. Hər iki tərəf ölkəmizin müttəfiqidir və olaraq da qalır. Biri dostdur, biri də qardaş.

 Cənab Prezidentin ABŞ-a səfəri və burada keçirdiyi mükəmməl görüşlər, hər şeyin Azərbaycanın lehinə bir anda dəyişməsi, beynəlxalq təşkilatların ölkəmizi dəstəkləməsi, xüsusən də aprelin əvvəllərində cəbhəədki döyüşlər fonunda Avropa Şurası prezidentinin mövqeyi, BMT-nin, ATƏT-in,  bütün dünyanın Azərbaycanın yanında olması İlham Əliyevin yürütdüyü mükəmməl beynəlxalq və daxili siyasətin nəticəsidir. 

Hesab edirəm ki, bu cür lideri olan ölkə ən azından xoşbəxt ölkələrdəndir. Bir lider güclü olanda o məmləkət, o dövlət alətə, hədəfə çevrilmir. Bu gün İlham Əliyev var deyə biz Ermənistan, Ukrayna, Gürcüstan deyilik. Azərbaycan heç kimdən asılı deyil, müstəqil siyasətini yürüdür. Bu da liderdən asılı olan məsələdir. 

Liderimiz güclü olmasaydı, Azərbaycan dövləti də güclü olmazdı. Odur ki, bu sorğunun nəticələri tamamilə real və həqiqətdir. Bunu radikal qüvvələr, erməni lobbisi hansı şəkildə qəbul edirsə etsinlər, amma fakt faktlığında qalır. İlham Əliyev Azərbaycanda ən nüfuzlu adamdır. Onun perspektivinə nəinki Azərbaycan, bütün dünya inanır. Azərbaycanı qələbələrə də cənab Prezident aparacaq".

Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidovun fikrincə, bu sorğu və onun nəticəsi anti-Azərbaycan qüvvələrinə 

hansı addımlar atsalar da belə, ölkəmizlə bağlı çirkin niyyətlərinin baş tutmayacağına dair bir mesajdır: "Öncə onu qeyd edim ki, ölkə daxilində keçirilən rəy sorğuları zamanı  bəzi bədxahlar həmişə iddia edirdilər ki, guya keçirilən bu sorğuları həqiqəti əks etdirmir. Amma bu dəfə həmin sorğunu tanınmış xarici təşkilat keçirib. Keçirilən sorğudakı nəticə sözsüz ki, cənab Prezidentin apardığı uğurlu daxili və xarici siyasətin, onun peşəkarlığının, xalqın və dövlətin maraqlarına tam cavab verən siyasət yürütməsinin, uğurlu balanslaşdırılmış xarici siyasətin nəticəsidir. Ölkə əhalisinin tam əksəriyyəti İlham Əliyevin son aylar cəbhə bölgəsindəki vəziyyətlə bağlı atdığı addımları, özünün şəxsən risqli olmasına baxmayaraq təmas xəttindəki yaşayış məntəqələrində olmasını yüksək qiymətləndirib. 

Məhz Prezidentin dövlət və xalqın mənafeyi naminə həyata keçirdiyi tədbirlər və xalqın da ona dəstək olması rəy sorğularında da belə bir yüksək nəticənin əldə olunmasına gətirib çıxarıb. Əhalinin böyük əksəriyyətinin İlham Əliyevin ətrafında olması, onu dəstəkləməsi sözsüz ki, bizi istəməyən xarici qüvvələrin, erməni lobbisi və daxildəki radikalların Azərbaycan əleyhinə yönəlik çirkin əməllərinin, bu istiqamətdə göstərdikləri cəhdlərin puça çıxdığına daha bir işarədir.  Bu rəy sorğusu onu göstərdi ki, xalq ölkəmizdə radikalizmə, sabitliyin pozulmasına "yox" deyir. Həmin sorğu və onun xarici təşkilat tərəfindən keçirilməsi Azərbaycanda fəaliyyət göstərən radikallara öz maraqları prizmasından yanaşmaqla dəstək göstərmək istəyən əcnəbi dövlətlərə də bir  mesajdır ki, belə çirkin əməlləri heç zaman ölkəmizdə reallaşmayacaq. Sorğunu həm də Azərbaycan dövlətinin, dövlətçiliyinin böyük qələbəsi kimi də xarakterizə edərdim".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs