Əlaqə Arxiv
news Image
2016.05.07
14:30
| A A A
Sabah Bakıda bu yollar bağlı olacaq (SİYAHI)

Sabah "Tour d'Azerbaidjan" beynəlxalq velosiped turunun sona çatması ilə əlaqədar olaraq, paytaxtda avtomobillərin hərəkətinin məhdudlaşdırılacağı yolların siyahısı açıqlanıb.


Azərbaycan Velosiped İdmanı Federasiyasından Movqe.az-a verilən məlumata görə, mayın 8-də səhər saat 09:00-dan 12:00-dək Bakı şəhərində Azadlıq meydanı - Neftçilər prospekti - Nobel prospekti - Zığ şosesi - Qala yolu - Buzovna - Bilgəh - Zuğulba - Buzovna - Hava limanı şosesi marşrutu üzrə, saat 09:00-dan 15:30-dək isə Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Üzeyir Hacıbəyli küçəsi - Puşkin küçəsi - Azadlıq meydanı - Nefçilər prospekti - İçərişəhərdə Kiçik Qala küçəsi - Qoşa Qala Qapısı - İstiqlaliyyət küçəsi - Sona xanım Vəliyeva küçəsi - Lermontov küçəsi - Teymur Elçin küçəsi - Mehdi Hüseyn küçəsi - Parlament prospekti - Hüseyn Cavid prospekti - Landau küçəsi - İnşaatçılar prospekti - Bakıxanov küçəsi - Səməd Vurğun küçəsi - Şəmsi Bədəlbəyli küçəsi - Bülbül prospekti - Üzeyir Hacıbəyli küçəsi - Puşkin küçəsi - Azadlıq meydanı marşrutu üzrə nəqliyyatın hərəkəti dayandırılacaq.

Sizin Reklam Yeriniz