news Image
2016.05.07
12:30
| A A A
"Heydər zirvəsi”nə kütləvi yürüşlər mayın 10-dək davam edəcək

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi"nə kütləvi yürüşlər davam edir.


Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən Move.az-a verilən məlumata görə, bu günlərdə Şahdağ ərazisində qeyri-sabit hava şəraitinə baxmayaraq, yürüş iştirakçıları "Heydər zirvəsi"nə qalxaraq görkəmli siyasətçi və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini yad edir. Respublikanın müxtəlif bölgələrindən, nazirlik, müəssisə, idarə və təşkilatlardan çoxlu sayda ziyarətçilər bu aksiyada iştirak edir.


Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şahdağ Milli Parkında yaradılmış Təşkilat Komitəsinin müəyyənləşdirdiyi marşruta uyğun olaraq yürüş iştirakçıları bələdçilərin müşayiəti ilə mayın 6-dan ayrı-ayrı mütəşəkkil qruplarla "Heydər zirvəsi"nə doğru yürüşə başlayıb. Yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə və təlimatlandırılmasına Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası rəhbərlik edir.

"Heydər zirvəsi"nə təşkil olunmuş və müəyyən edilmiş qrafik üzrə mütəmadi qaydada may ayının 10-dək davam edəcək kütləvi yürüşün iştirakçıları ETSN-nin müvafiq əmri ilə Şahdağ Milli Parkının ərazisinə giriş haqqından birdəfəlik azad edilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs