news Image
2016.05.07
16:30
| A A A
Abşeronda şuşalı şəhid ailələri ilə görüş keçirilib

Abşeron rayonunda məskunlaşan şuşalı şəhid ailələri ilə görüş keçirilib.


Bu barədə Movqe.az-a Abşeron rayon İcra Hakimiyyətindən məlumat verilib.


Abşeron rayon İcra Hakimiyyətində keçirilən tədbir Azərbaycanın bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olan hərbçilərimizin əziz xatirəsini bir dəqiqəlik sukutla yad etməklə başlayıb.


Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək, hər il Azərbaycanın şəhər və rayonlarının işğal günlərində həmin bölgələrdən olan şəhid ailələri ilə gürüşlərin keçirildiyini, bunun da məqsədin gəclərimizin vətənpərvərlik ruhunda böyüdülməsi, işğal altında olan ərazilərimizin təbliğ edilməsi, onların unudulmamasına çalışmaq olduğunu bildirib.


Şuşa şəhərinin Azərbaycan tarixində mühüm rol oynadığını, onun təkcə mədəniyyət beşiyi olmadığını, eyni zamanda elmi mərkəzi funksiyasını yerinə yetirdiyini vurğulayan İ.Gülməmmədova Azərbaycanda ilk məktəbin məhz Şuşada açıldığını, lakin sovet dövründə bir çox tarixi faktların bilərəkdən saxtalaşdırıldığını söyləyib.


Bu qədim şəhərimizin tarixinin tam araşdırılmadığını, onun məhəllələrinin, meşələrinin, müalicəvi sularının, bulaqlarının tam öyrənilmədiyini deyən icra başçısl Şuşaya qayıdacağımız günün uzaqda olmadığını bildirib. Prezident İlham Əliyevin işğala məruz qalan ərazilərimizin sülh yolu ilə geri qaytarmağa çalışdığını, lakin bu mümkün olmadıqda hərbi yolla rayonlarımızın azad ediləcəyini vurğulayan icra başçısı əlavə edib ki, ötən ay cəbhədə Azərbaycan əsgərlərinin həyata keçirdiyi uğurlu hərbi əməliyyatların bu inamı bir daha möhkəmləndirdi.


Sonra Şuşadan olan şəhid ailələri torpaqlarımızın tezliklə azad ediləcəyinə, məcburi köçkünlərin ata-baba yurdlarına dönəcəklərinə inandıqlarını bildirərək onlara göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildiriblər.


Sonda şəhid ailələrinə maddi yardımlar göstərilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs