Əlaqə Arxiv
news Image
2016.05.07
20:30
| A A A
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin yeni Dəniz hazırlığı və dalğıc poliqonunun açılışı olub

Mayın 7-də müdafiə naziri, general-polkovnik Zakir Həsənovun iştirakı ilə Hərbi Dəniz Qüvvələrinin bazasında yeni inşa edilən Dəniz hazırlığı və dalğıc poliqonunun açılışı olub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe-az-a verilən məlumata görə, ən yeni dalğıc texnikası nümunələri, suyadalma vasitələri, xüsusi avadanlıqlarla təmin edilmiş poliqonun infrastrukturu ilə tanış olan Müdafiə naziri ərazidə yaradılan gəmi və qayıq avadanlıqları kompleksləri, enerji, mühərrik sinifləri, barokamera və təlimatçı otaqları, tədris hovuzu, eləcə də digər inzibati və xidməti bölmələrə baxış keçirib.


Sonra təlim-məşq katerinə gələn müdafiə naziri şəxsi heyətin praktiki hazırlığı üçün nəzərdə tutulmuş idarəetmə, gəminin davamlılığı və yanğına qarşı mübarizə postlarında da olub.


Xüsusi hazırlıq proqramına uyğun il boyu fasiləsiz davam edəcək nəzəri və praktiki məşğələlərdə dalğıclara sualtı üzgüçülük, qəza-xilasetmə və digər növ sualtı əməliyyatların yerinə yetirilməsi, eləcə də sualtı təchizat və avadanlıqlar barədə biliklər tədris ediləcək.

Sizin Reklam Yeriniz