Əlaqə Arxiv
news Image
2016.05.07
23:00
| A A A
KİV nümayəndələri arasında atıcılıq turniri keçirilib (FOTO)

Mayın 7-də Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş KİV nümayəndələri arasında üçüncü atıcılıq turniri keçirib.


Trend-in məlumatına görə, Xidmətin "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin Sabunçu rayon filialında keçirilən turnirdə hər biri 3 nəfərdən ibarət 17 komanda iştirak edib.


Turnirin açılışında çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev yarış iştirakçılarına uğurlar arzulayıb, Ulu Öndərin mətbuata diqqət və qayğısından danışıb. Bildirib ki, media nümayəndələri arasında artıq ənənəvi olaraq təşkil edilən bu yarışlar, eyni zamanda jurnalistlərin Xidmətin fəaliyyəti ilə yaxından tanış olmasına və əməkdaşlıq imkanlarının artmasına şərait yaradır.


Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixində müstəsna yeri olduğunu vurğulayan Z.Abdullayev deyib ki, hazırda media qarşısında duran mühüm vəzifələrdən biri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu siyasət nəticəsində ordumuzun gündən-günə artan gücünü və iradəsini dünyaya çatdırmaqdır: "Bu turnir də peşəsindən asılı olmayaraq hər bir vətəndaşın Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olduğunu göstərir. Ali Baş Komandanın rəhbərlik etdiyi orduya xalqın möhkəm inamı var. İnam isə ordunu və xalqı qələbəyə aparan əsas amillərdən biridir".


General-mayor Z.Abdullayev vurğulayıb ki, aprel ayının əvvəllərində qoşunların təmas xəttində baş verən hadisələr zamanı Azərbaycan mətbuatı əsl peşəkarlıq və vətənpərvərlik nümayiş etdirib: "Əksər mətbuat orqanları dəqiqləşdirilmiş məlumatları yaymaqla, hərbi əməliyyatlardakı qələbəmizə dəstək və töhfə veriblər".


Sonra turnirə start verilib. AZƏRTAC-ın komandası birinci, Trend-Milli.az-ın komandası ikinci, "Səs" İnformasiya Agentliyinin əməkdaşları isə üçüncü yerə çıxıblar.


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev qalibləri təbrik edib.


Qaliblərə kubok, medal və diplom təqdim edilib.


Sizin Reklam Yeriniz