Əlaqə Arxiv
news Image
2016.05.08
16:00
| A A A
Silahlı Qüvvələrin Hərbi Akademiyasının Təkmilləşdirmə Kursunun növbəti buraxılışı keçirilib

 Müdafiə nazirinin müvafiq əmri əsasında Silahlı Qüvvələrin Hərbi Akademiyasının Təkmilləşdirmə Kursunun növbəti buraxılışı keçirilib.

 

Move.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mərasimdə ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın azad edilməsi uğrunda şəhid olmuş zabit və əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev Müdafiə nazirinin adından buraxılış münasibəti ilə zabitləri təbrik edib. Mərasimin sonunda məzunlara sertifikatlar təqdim olunub və xatirə şəkili çəkilib.

Sizin Reklam Yeriniz