news Image
2016.05.09
17:30
| A A A
Sabah hava isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, mayın 10-da Bakıda və Abşeron yarımadasında şimal küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 20-25, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacaq.


Mayın 10-da Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 10-15, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti olacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs