news Image
2016.05.09
16:15
| A A A
Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edilib (FOTO)

Böyük Vətən müharibəsində Qələbənin 71 illiyi münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə və hərbi hissələrdə silsilə tədbirlər keçirilir.


Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, müdafiə nazirinin təsdiq etdiyi plana əsasən şəxsi heyət tərəfindən Böyük Vətən müharibəsi illərində həlak olmuş həmvətənlərimizin xatirəsinə ucaldılmış abidələr ziyarət olunub, müharibə veteranları ilə görüşlər keçirilib, onların qəhrəmanlıqlarına həsr olunmuş filmlərə baxış təşkil edilib, eləcə də hərbi qulluqçular digər mədəni-kütləvi tədbirlərdə iştirak ediblər.


Mayın 9-da Bakı şəhərində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirələrinə ucaldılmış abidələr və Qardaşlıq məzarı ziyarət olunub, önlərinə çiçəklər düzülüb və əziz xatirələri dərin ehtiramla yad edilib.


Bayram tədbirləri, eyni zamanda bütün qarnizonlar və iri şəhərlərdə keçirilib

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs