news Image
2016.05.09
23:00
| A A A
Ankarada Heydər Əliyevin doğumunun 93-cü ildönümü münasibətilə tədbir keçirilib (FOTO)

Ümummilli Liderimiz Heydər Əliyevin doğumunun 93-cü ildönümü münasibətilə 9 may 2016-cı il tarixində Ankaranın Yenimahallə rayonunda yerləşən möhtəşəm Heydər Əliyev Parkında böyük bir xatirə tədbiri həyata keçirilib.


Azərbaycanın Türkiyədəki səfirliyindən Movqe.az-a verilən məlumata görə, tədbirdə səfirliyin əməkdaşları, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, Yenimahallə rayonunda yerləşən Heydər Əliyev Məktəbinin şagird və müəllim kollektivi, eləcə də onların ailələri, Ankarada təhsil alan tələbə və müdavimlərimizlə yanaşı çox sayda diaspor və KİV nümayəndələri iştirak etmişlər.


İlk olaraq, səfir Faiq Bağırov başda olmaqla tədbir iştirakçıları Ümummilli Liderimiz Heydər Əliyevin heykəli önünə çiçəklər qoymuş və onun mənəvi hüzuru önündə baş əymişlər.


Daha sonra tədbir, Ümummilli Liderimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından iki qardaş ölkə himnlərinin səsləndirilməsi ilə başlamışdır. Ardından, Heydər Əliyev Məktəbinin müdiri Necattin Şengəzər, tələbə və müdavimlərimizin təmsilçiləri, həmyerlimiz Professor Rahilə Şükürova, Türkiyə Respublikası prezidentinin


Baş müşaviri Yalçın Topçu və Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli Səfiri Faiq Bağırov həyata keçirdikləri çıxışlarda Ulu Öndərimizin əvəzedilməz dahi şəxsiyyəti və Azərbaycan-Türkiyə münasibətlərinin güclənməsindəki əhəmiyyətli rolundan bəhs etmişlərdir.


Natiqlər çıxışlarında, Ulu Öndərimizin ölkəmizə əvəzsiz xidmətlərindən, təhsilə və gənclərə verdiyi böyük əhəmiyyətdən geniş şəkildə fikirlər səsləndirərək, Onun Sovet İttifaqı zamanı da daxil olmaqla Azərbaycanın müstəqilliyini yenidən əldə etməsindən sonrakı dövrdə ölkəmizə etdiyi əvəzsiz xidmətlərdən, Azərbaycançılıq məfkurəsinin formalaşmasındakı rolundan və beynəlxalq aləmdə Azərbaycanın özünəməxsus yer tutmasında olan səylərini tədbir iştirakçılarının diqqətinə çatdırmışlardır.


Çıxışlardan sonra, Ulu Öndərimizin anadan olmasının 93-cü ildönümü münasibətilə Heydər Əliyev Məktəbinin şagirdləri arasında təşkil olunmuş rəsm, inşa ve şer müsabiqəsinin qaliblərinə Səfirlik tərəfindən hədiyyələr təqdim olunmuşdur.


Ardından Heydər Əliyev Məktəbinin şagirdləri Azərbaycan musiqiləri ilə rəqslər nümayiş etdirmişlər.


Tədbirdə Türkiyə Respublikası Baş Nazirinin müavinləri Numan Kurtulmuş, Lütfi Elvan və Ətraf mühit-şəhərsalma naziri Fatma Güldəmət Sarının mötəbər tədbirə ünvanladıqları mesajları oxunmuşdur.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs