Əlaqə Arxiv
news Image
2016.05.10
10:00
| A A A
Sovet xalqının faşizm üzərində qələbəsinin 71-ci ildönümü keçirilib

9 may 2016-cı ildə Azərbaycan Kommunist Partiyası İkinci dünya müharibəsində Sovet xalqının faşizm üzərində tarixi qələbəsinin 71-ci ildönümü münasibəti ilə təntənəli tədbir keçirmişdir.Tədbirə Azərbaycan KP Mərkəzi Komitəsinin üzvləri,  AKP Bakı şəhəri rayon komitələrinin rəhbər işçiləri, komsomolçular, ziyalılar,veteranlar və respublika ictimaiyyətinin nümayəndələri qatılmışlar. Tədbir Bakı şəhərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi önündə keçirilmişdir. Təntənəli mərasimi KPİ-Sov.İKP İcraiyyə KomitəsiMərkəzi Şurasının üzvü, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov  açaraq, tədbir iştirakçılarını 9 may qələbə bayramı münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara müharibəsiz, xoşbəxt və firəvan həyat arzulamışdır. Azərbaycan kommunistlərinin rəhbəri tədbirdə geniş məzmunlu çıxış edərək mitinq iştirakçılarına Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin əhəmiyyətindən, Kommunist Pariyasının rəhbərliyi altında beynəlmiləl şanlı sovet ordusunun dünyanı faşizm çumasından necə xilas etməsindən danışmışdır. Daha sonra tədbirdə ASZİ MK-nın sədri Aydın Şiriyev, AKP Nizami RK-nın birinci katibi Nizami Abbasov, şairə - publisist  Südabə İrəvanlı, AKP-nin Muğan zonası üzrə baş koordinatoru, AKP Sabirabad RK-nın birinci katibi Nazimi Ağayev, AKP Goranboy RK -nin birinci katibi T. Əsədov və digər yoldaşlar çıxış etmişlər.Mitinq iştirakçıları Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi önünə AKP MK adından əklil və tər qərənfil dəstələri qoymuşlar.9 may faizim üzərində qələbənin  71-ci  ildönümü ilə əlaqədar tədbirlər  Azərbaycan Kommunist Partiyasının fəaliyyətdə olan bütün rayon-şəhər təşkilatlarında da qeyd olunmuşdur. 

Sizin Reklam Yeriniz