Əlaqə Arxiv
news Image
2016.05.10
11:07
| A A A
Quduzluqla bağlı-Şok statistika

Bu ilin dörd ayı ərzində 12 quduzluq xəstəliyi daşıyıcısı aşkarlanıb.  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəlinin Movqe.az-a verdiyi məlumata görə, cari ilin müvafiq dövründə Respublika Baytarlıq Labarotoriyasına 14 nümunə daxil olub. 14 nümunədən 12-də quduzluq xəstəliyinin daşıyıcı aşkarlanıb. Y. Xanvəlinin sözlərinə görə, quduzluq xəstəliyi ilə bağlı qeydə alınan statistik rəqəmlər 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qismən azdır. Y. Xanvəli bildirib ki, quduzluq faktları əsasən sahibsiz itlər arasında aşkarlanıb. Qurum səlahiyyətlisinin sözlərinə görə, quduzluq hallarının qarşısını almaq üçün qeydiyyatda olan itlərin quduzluğa qarşı vaksinasiyasına start verilib. Onun sözlərinə görə,  ötən il ərzində meşə və meşəətrafı ərazilərdə vəhşi heyvanların oral yolla vaksinasiyası aparılıb. Hazırda quduzluqla bağlı ölkədə vəziyyət sabitdir.  

Sizin Reklam Yeriniz