Əlaqə Arxiv
news Image
2016.05.10
11:43
| A A A
MTRŞ-dan telekanallara xəbərdarlıq!

Azərbaycan teleməkanında balanslaşdırılmış proqram siyasəti yürütməyən, efiri ancaq əyləncəli verilişlərlə dolduran yayımçılar növbəti mövsümdən inzibati qaydada cəzalandırılacaq. Bu barədə Movqe.az-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül  Dadaşov məlumat verib. T. Dadaşov bildirib ki, "Televiziya və Radio Yayımı Haqqında" qanunun 32 maddəsində proqrama verilən tələblər göstərilib: "Bu maddənin 32.0.1 bəndində qeyd olunub ki, yayımçılar maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verilməli, proqramların tarazlaşdırılması yolu ilə efirin kommersiya, informasiya, yaxud digər eynitipli verilişlərlə yüklənməsinin qarşısı alınmalıdır. Bu ilin sentyabr ayından etibarən MTRŞ-ya telekanallarda qanun pozuntusuna yol verdikdə birbaşa yayımın dayandırılması barədə səlahiyyətin verilməsindən sonra əksər telekanallar proqram siyasətlərinə əl gəzdiriblər. Monitorinqlər göstərir ki, MTRŞ-nın bir neçə verilişin yayımını dayandırması barədə qərarı işə yaradı. Telekanallar sanksiyalardan nəticə çıxardaraq verilişlərin formatını və aparıcısını dəyişdirdilər. Hazırda marifləndirici verilişlərin yayımı ilə bağlı nümunələr artıb. ATV telekanalının efirindəki "Qanunla Biz", "Komando" və "Həkimsən" verilişi, ANS telekanalında yayımlanan "Beş barmaq", "Deməsək olmaz", "Marş" kimi verilişlər marifləndirici xarakter daşıyır. Biz Azərbaycan telekanallarında hüquqi baxımdan marifləndirici əhəmiyyəti olan verilişlərə, ATV telekanalında yayımlanan "Qanunla Biz", ANS-in efirindəki "Beş Barmaq"kimi verilişlərin bütün telekanallarda yayımlanmasının tərəfdarıyıq. Növbəti mövsümdən də, hansısa yayımçı balanslaşdırılmış siyasət yürütməsə MTRŞ tərəfindən inzibati tənbeh tədbirləri tətbiq olunacaq". 

Sizin Reklam Yeriniz