Əlaqə Arxiv
news Image
2016.05.10
13:22
| A A A
Səbaildə məktəblilərin hərbi-vətənpərvərlik mövzusunda rəsm sərgisi keçirilib

Səbail rayonunun mərkəzindəki "Sahil bağı"da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Rayon İcra Hakimiyyətinin təşkilatşılığı ilə Səbail rayon məktəbliləri arasında hərbi-vətənpərvərlik mövzusunda rəsm müsabiqəsi keçirilmişdir.


Bayramsayağı bəzədilmiş "Sahil bagı"da böyük abadlıq isləri aparılmış, park başdan-başa yenilənmiş, istedadlı gənclər tərəfindən özlərinin bacarıq və istəklərinə uyğun gül və gül-kol bitkiləri əkilmiş, gənclərin sərbəst qaydada öz fantaziyalarına uyğun müxtəlif kompozisiyalar hazırlanmışdır. Parkdakı gül kompozisiyaları insanları dönə-dönə ayaq saxlamağa, dahi şəxsiyyətə xalq məhəbbətinə güllərin, çiçəklərin dili ilə baxmağa vadar edirdi.


Rayonun orta məktəblərində, həmçinin Bakı Oksford məktəbində oxuyan və rayondakı 20 saylı Uşaq Yaradıcılıq Mərkəzində məşğul olan 100-dən çox məktəbli onlara ayrılmış vaxt ərzində hərbi-vətənpərvərlik mövzusunda - müharibə, xüsusilə də Qarabağ savaşı ilə bağlı müxtəlif rəsmlər çəkmişlər. Gənc rəssamlar, eləcə də müəllimlər məktəblilərə rəsmlərin çəkilişində müvafiq məsləhətlər vermişlər.


Eyni zamanda parkda gənc rəssamların həmin mövzuda çəkdikləri rəsmlərdən ibarət sərgi nümayiş etdirilmiş, sərgi tədbirin qonaqları və parka toplaşan paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanmışdir. Gənc rəssamlar öz əsərlərinin nümayisi vaxtı tamaşaçılara əsərləri ilə bağlı izahlar vermişlər.


Azərbaycan Rəssamlar İttifaqının, Uşaq Yaradıcılıq Mərkəzinin və rayon rəsmilərinin iştirakı ilə yaradılmiş münsiflər heyəti məktəblilərin rəsmlərinə baxaraq qalibləri müəyyən etmiş, qaliblər Səbail RİH-nin Fəxri Fərmanları və hədiyyələri ilə, digər iştirakçılar və sərgidə əsərləri nümayiş etdirilən gənc rəssamlar Səbail RİH və Rəssamlar İttifaqının diplomları ilə mükafatlandırılmışlar.


Səbail RİH-nin başçısı Eldar Əzizov, YAP Səbail Rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, rayonun idarə, təşkilarlarının rəhbərləri, pedaqoji kollektivlərin və ictimaiyyətin nümayəndələri parkı gəzmiş. parkdakı sərgi və məktəblilərin çəkdikləri rəsmlər və burada yaradılan gül kompozisiyaları ilə tanış olmuş və məktəblilər, gənc rəssamlarla səmimi söhbətlər etmişlər.


Sərgi və rəsm müsabiqəsi tədbirdə iştirak edən şəhər sakinləri və rayon ictimaiyyəti nümayəndələrinin diqqətini cəlb etmişdir.

Sizin Reklam Yeriniz