Əlaqə Arxiv
news Image
2016.05.10
13:37
| A A A
ANAMA: Aprel ayında 7,412,514 m2 ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

2016-cı ilin aprel ayı ərzində 7,412,514 m2 ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.


Bu barədə Movqe.az-a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.


1,707 ədəd PHS, 6 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Cəmi 1722 ədəd PHS zərərsizləşdirilib.


Əməliyyatlarda 402 nəfər əməliyyat heyəti və 228 nəfər inzibati heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.


İndiyədək cəmi 327,855,880 m2 ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 718,029-dir.


Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Goranboy, Cəbrayıl, Cəlilabad, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində davam etdirilir.


2016-cı ilin aprel ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Sizin Reklam Yeriniz