news Image
2016.05.10
14:00
| A A A
Sabah ölkə ərazisində hava yağmurlu olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək.


Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacaq.


Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 75-80, gündüz 45-55 faiz təşkil edəcək.


Azərbaycanın rayonlarında mayın 11-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, axşam intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 10-15, gündüz 21-26, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.


Mayın 11-13-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əlverişlidir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs