news Image
2016.05.10
14:10
| A A A
Suraxanıda Ulu Öndərin anadan olmasının 93 illiyi münasibəti ilə ağacəkmə aksiyası keçirilib

Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibəti ilə Tədbirlər planına uyğun olaraq Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən silsilə tədbirlər davam edir.


Növbəti ümumrayon iməciliyi 10 may tarixdə Zığ - Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil beton yolun sağ tərəfində keçirilmişdir. İməcilikdə rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, rayonun təhsil, səhiyyə, sənaye, mədəniyyət müəssisələrinin kollektivləri, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri və sakinlər iştirak etmişdir.


3 min 500 nəfərin iştirakı etdiyi iməcilikdə 12 kilometr uzunluğunda yolun kənarlarında təmizlik işləri aparılmış, əkilmiş ağacların dibləri yumuşaldılmış, 500-dən artıq kiparis ağacı əkilmişdir.


Həmin gün Ulu Öndərin anadan olmasının 93 illiyi münasibəti ilə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə eyni zamanda rayonun Zığ qəsəbəsində "Zığ şossesi" küçəsinin ətrafında ağcəkmə aksiyası keçirilmişdir. 400 nəfərin iştirak etdiyi növbəti ağacəkmə aksiyasında 1000-dən artıq kiparis ağacı əkilmiş, yolun kənarlarında müvafiq təmizləmə işləri aparılmış, abadlıq işləri görülmüşdür.


Ümumrayon iməciliyində və ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyəti başçısı İlqar Abbasov iştirak etmişdir.


Suraxanı rayonunun ərazisi getdikcə geniş vüsət alan ağacəkmə aksiyaları nəticəsində abadlaşır, yaşıllıqlarla zənginləşir, ekoloji mühit sağlamlaşır, torpaq qatı münbitləşir və insanlar arasında təbiətə qayğı hissi təbliğ edilir.


Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibəti ilə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun parklarında və müxtəlif yerlərində çoxlu sayda ağac, gül, bəzək kolları əkilir, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, yeni abad məhəllələr salınır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs