Əlaqə Arxiv
news Image
2016.05.10
16:07
| A A A
Rabitəçilər ağacəkmə aksiyasında iştirak ediblər

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi ilə birgə Bakı şəhərinin ətraf ərazilərində ağacəkmə aksiyası keçirib.


Bu barədə Movqe.az-a RYTN-dən məlumat verilib.


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar olaraq keçirilən aksiya çərçivəsində minlərlə müxtəlif növ ağac əkilib.


Bu cür aksiyaların keçirilməsində məqsəd ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.


Qeyd edək ki, RYTN-nin regionlarda fəaliyyət göstərən müəssisələri də yaşıllaşdırma və abadlıq işləri aparıb.

Sizin Reklam Yeriniz